AZ

Kaliforniyada meşə yanğınlarının vurduğu zərərin $250 - $275 milyard arasında olacağı bildirilib

Kaliforniyada

Kaliforniyada cənub bölgələrində davam edən meşə yanğınlarının vurduğu zərərin $250 - $275 milyard arasında olacağı bildirilib. Bu barədə məlumatı ABŞ-ın "The Washington Post" nəşri yayıb və mənbə olaraq meteoroloji məlumatlar təqdim edən AccuWeather şirkətinə istinad edib.İlk olaraq, AccuWeather şirkəti bu yanğınların iqtisadi itkilərinin $135 milyard - $150 milyard arasında olacağını proqnozlaşdırmışdı. Lakin yanğınların miqyası və ziyanların artması səbəbindən bu rəqəm ciddi şəkildə yüksəlib.Kaliforniya tarixində ən böyük və ən dağıdıcı yanğınlardan biri olan bu hadisələr, Pasifik-Paliseyds və Altadina kimi bölgələrdə 12 mindən çox tikilinin yanmasına səbəb olub. Bu bölgələrdəki bəzi ən bahalı daşınmaz əmlaklar, xüsusilə Santa-Monika ilə Maliybu arasındakı ərazilərdə, orta qiyməti $2 milyon olan evlər də yanıb.Baş meteoroloq Conatan Porter bu hadisələri Kaliforniya tarixindəki ən pis meşə yanğınları olaraq qiymətləndirib.Səidə Mustafa

Diqqət Çəkənlər

Avropa Komissiyası, rəhbəri Ursula fon der Lyayenin səhhəti ilə bağlı məlumatların gizlədilməsi iddialarını rədd edib

Qorxu filmi səhnəsi kimi: Bu görüntü Kayseridə çəkilib

Aydınlık: ABŞ dünyada terrorizmi dəstəkləyir

Seçilən
7
ulusum.az

1Mənbələr