AZ

"Bank Avrasiya" işçi axtarır - VAKANSİYA

Bank Avrasiya

İnformasiya Təhlükəsizliyi Qrupunun mütəxəssisi – Pentester

Son tarix 14 fev 2025 - [email protected]

Vəzifə və məsuliyyətlər:

  • Veb proqram təminatlarında təhlükəsizlik boşluqlarını aşkar etmək.
  • TOP 10 OWASP üzrə biliklərə əsaslanaraq təhlükəsizlik boşluqlarını aşkar edib risklərin təhlilini aparmaq.
  • Active Directory Domain Services mühiti haqqında ətraflı biliklərə malik olmaq.
  • Metasploit Framework, Kali Linux, Pentestbox, Burp, Sqlmap, Dirbuster, Acunetix, Netsparker, OWASP ZAP və s. üzrə bilik və istifadə bacarıqları.
  • Şəbəkə və mobil tətbiqlərin təhlükəsizliyini qiymətləndirmək.
  • PHP, Python, Powershell, C# və s. proqramlaşdırma dillərindən bir və ya bir neçəsi üzrə biliklərə sahib olmaq.
  • Müxtəlif Linux distributivlərindən (CentOS, Fedora, Debian, Ubuntu və s.) anlayışa malik olmaq.
  • Təhlükəsizlik testləri aparmaq və risk təhlilini müstəqil şəkildə yerinə yetirmək.

Tələb olunan bacarıqlar:

  • OSCP, CEH, eMAPT, eWPT və digər əlaqəli sertifikatların olması üstünlükdür.
  • Azərbaycan dili sərbəst, ingilis və ya rus dillərində ünsiyyət bacarığı.
  • İnformasiya Təhlükəsizliyi, İnformasiya Texnologiyaları, Kompüter Elmləri sahəsində  bakalavr pilləsində təhsilin olması
  • İnformasiya təhlükəsizliyi sahəsində ən azı 1 il iş təcrübəsi.
  • Dəyişən təhlükəsizlik təhdidləri ilə mübarizə aparmaq üçün davamlı öyrənmə və özünü inkişaf etmə bacarığı.
  • Komanda ilə işləmə bacarığı və kollektivdə effektiv əməkdaşlıq.

Xahiş olunur mövzu hissəsində İnformasiya Təhlükəsizliyi Qrupunun mütəxəssisi – Pentester vəzifəsini qeyd edib CV elektron poçt ünvanına göndərəsiniz.

Seçilən
5
fed.az

1Mənbələr