AZ

“Türk axını”nın taleyi təhlükə altındadır – Sergey Lavrov

“Türk axını” təhlükə altındadır və “Şimal axını” ilə eyni aqibəti yaşaya bilər.

Editor.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib. Nazir izah edib ki, Vaşinqton Aİ-nin enerji rifahının asılı olduğu enerji infrastrukturuna qarşı terror hücumlarına icazə verir və təhlükə “Türk axını” qaz kəməri üzərindədir. “Birləşmiş Ştatların enerjidən başlayaraq heç bir sahədə rəqibə ehtiyacı yoxdur, onlar öz ukraynalı müştərilərini “Şimal axını”ndan sonra “Türk axını”nı ləğv etməyə təhrik edirlər”, – Lavrov bildirib.

Qeyd edək ki, “Türk axını” Qara dənizin dibi ilə axır və Krasnodar bölgəsini Türkiyə ilə birləşdirir. Bu gün bu, Rusiya qazının Avropa ölkələrinə çatdırıldığı yeganə işləyən boru kəməridir. Yanvarın 11-də Ukrayna tərəfi Anapa vilayətində “Türk axını”nın “Russkaya” kompressor stansiyasına hücum cəhdi həyata keçirib. 9 pilotsuz təyyarənin hamısı Rusiya hava hücumundan müdafiə bölmələri tərəfindən vurulub. Hazırda stansiya və qaz kəməri normal rejimdə işləməyə davam edir.

//Samir Qurbanov, Editor.az

Seçilən
7
editor.az

1Mənbələr