AZ

Məktəbli müəllimindən külli miqdarda pul OĞURLADI

Rusiyada məktəbli müəllimindən 200 min rubl (təxm. 3310 man) oğurlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilir ki, Kolomnada məktəbli Counter-Strike-də AK-47 “Alovlu İlan” almaq üçün müəllimdən 200 min rubl oğurlayıb.

16 yaşlı oğlan müəllimindən sevimli nömrələrini soruşub və nağd pul çıxarmaq üçün müstəqil olaraq bank kartının şifrəsini tapıb.

Ümumilikdə, hər biri 25.000 rubl (təxm. 412 man) olan 8 köçürməni tamamlayıb. Cinayət işi açılıb, məktəbli Rusiyanı tərk etməyəcəyi ilə bağlı vəd imzalayıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
9
interpress.az

1Mənbələr