AZ

Elin Süleymanov britaniyalı nazirlə görüşüb

London, 14 yanvar, AZƏRTAC

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət naziri Stiven Douhti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Böyük Britaniya arasında güclü tərəfdaşlıq, eləcə də daha geniş regional proseslər müzakirə edilib. Səfir Elin Süleymanov Böyük Britaniyanın COP29-un uğurla keçirilməsinə verdiyi dəstək və mühüm töhfələrinə görə minnətdarlığını ifadə edib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
16
7
azertag.az

8Mənbələr