AZ

"Şahdəniz" yatağında texniki nasazlığın aradan qaldırılması işləri davam edir - bp

Bakı. Trend:

"Şahdəniz" qaz yatağında yerləşən "Shah Deniz Alpha"platformasında texniki nasazlığın aradan qaldırılması üzrə işlərdavam etdirilir.

Bu barədə Trend-insorğusuna cavab olaraq bp Azerbaijan şirkətindən məlumatverilib.

"Hazırda heç bir yenilənmə yoxdur - texniki nasazlığın aradanqaldırılması üzrə işlər hələ də davam edir", - deyə şirkətdənbildirilib.

Qeyd edək ki, "Shah Deniz Alpha" platforması ilə Səngəçalterminalı arasındakı sualtı kondensat ixrac xəttində texnikinasazlıq müəyyən edilib.

“Əməliyyat səbəbi ilə SDA platformasından istehsal və ixracmüvəqqəti olaraq dayandırılıb və platformanın özü təhlükəsizşəkildə bağlanıb. Platformadakı bütün personal təhlükəsizlikdədirvə ətraf mühitə heç bir təsir qeydə alınmayıb. Bütün dənizobyektləri, o cümlədən SDA platforması və boru kəməri də təhlükəsizvəziyyətdədir”, - bp əvvəlki açıqlamasında qeyd edib.

bp-dən bildirilib ki, hazırda nasazlığın aradan qaldırılması vəplatformanın mümkün qədər tez normal fəaliyyətinin bərpasıistiqamətində işlər davam etdirilir.

Seçilən
10
3
az.trend.az

4Mənbələr