AZ

ABŞ-da istehsalçı inflyasiyası yüksəlib

ABŞ-da istehsalçı inflyasiyası yüksəlib

ABŞ-da İstehsalçı Qiymətləri İndeksi (ÜFE) 2024-cü ilin dekabr ayında gözləntilərin altında aylıq 0,2 faiz, illik bazda isə 3,3 faiz artıb.ABŞ Əmək Departamenti 2024-cü ilin dekabr ayı üçün ÜFE məlumatlarını açıqlayıb.Buna görə ÜFE keçən ay bir əvvəlki aya görə 0,2 faiz artıb.Bazar gözləntisi istehsalçı qiymətlərinin 2024-cü ilin noyabrında olduğu kimi aylıq 0,4 faiz artacağı idi.Ötən ay istehsalçı qiymətlərində illik artım 3,3 faiz olub.2023-cü ilin fevral ayından bəri illik bazda ən yüksək səviyyəyə çatan istehsalçı inflyasiyasının bu dövrdə 3,5 faiz olacağı gözlənilirdi.ÜFE 2024-cü ilin noyabr ayında illik bazda 3 faiz artıb.Dəyişən ərzaq və enerji qiymətlərini istisna edən əsas ÜFE 2024-cü ilin dekabr ayında aylıq bazda dəyişməz qalıb, lakin illik bazda 3,5 faiz artıb.Bazar gözləntiləri əsas istehsalçı inflyasiyanın aylıq 0,3 faiz, illik isə 3,8 faiz olacağı idi.2024-cü ilin noyabr ayında əsas istehsalçı qiymətləri aylıq 0,2 faiz, illik bazda isə 3,5 faiz artıb.Qeyd edək ki, ÜFE istehsalda istifadə olunan vəsaitlərin qiymətlərini ölçür, son məhsul qiymətləri və əsas inflyasiya haqqında məluamat verir.ABŞ Federal Ehtiyat Sistemi ÜFE daxil olmaqla bütün inflyasiya göstəricilərinə nəzarət edir.

Seçilən
9
afn.az

1Mənbələr