Tanınmış vəkilin hesabını oğurladılar... Daha sonra onun adından pul yığdılar...
Xezerxeber.az xəbər verir ki, hadisə Hikmət Əliyevin başına gəlib.
Vəkilin sözlərinə görə, telegram hesabını oğurlayan kiberdələduz onun adından istifadə edərək 500 manatdan çox pul mənimsəyib.
Maraqlısı odur ki vəkil 2 gün sonra daha bir kiberdələduzun qurbanı olur. Bu dəfə Hikmət Əliyevin adından saxta hesablar açıblar.
Hikmət Əliyev onuda əlavə etdi ki hər iki faktla bağlı həm özü həmdə zərərçəkən digər şəxslər polisə müraciət edib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən “Xəzər Xəbər”ə bildirildi ki müraciət əsasında müvafiq polis orqanında araşdırma aparılır.
Nazirlikdən o da qeyd edildi ki bir daha belə hallarla üzləşməmək üçün vətəndaşlara diqqətli olmağı, telefona proqramları yalnız rəsmi mağazalardan yükləməyi və mobil tətbiqin təqdim etdiyi təhlükəsizlik qaydalarına riayət etməyi, şəxsi və bank kartı məlumatlarını heç kimlə bölüşməmək tövsiyə edilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.