AZ

“Sevilya”nın futbolçusu həbs edildi

“Sevilya”nın futbolçusu Kike Salas həbs olunub.

İdmanxeber.az-ın məlumatına görə, oyunçunun adı mərc dələduzluğunda hallanır. Müdafiəçi dostlarının mərc oyunlarında pul qazanması üçün bilərəkdən sarı vərəqə almaqda şübhəli bilinir. İspaniya polisi məsələ barəsində ciddi araşdırma aparır.

Qeyd olunur ki, Kike Salas 6 aydan 3 ilə qədər həbs cəzası ala bilər. O, bu mövsüm “Sevilya”nın heyətində 16 matça çıxıb. 

Seçilən
2
idmanxeber.az

1Mənbələr