Ukraynalılar səfərbərlik yaşını 18-ə endirmək cəhdinə görə ölkə prezidenti Vladimir Zelenskini istefaya göndərəcəklər.
NOCOMMENT.az xəbər verir ki, bu fikri müxalif fikirli Ali Radanın deputatı Aleksandr Dubinski deyib.
“Zelenski səfərbərlik yaşını 18-ə endirməyə cəhd etsə, o, vəzifəsindən uzaqlaşdırılacaq”, – o, Telegram kanalında yazıb.
Onun fikrincə, hərbi komissarlıq işçiləri də təhlükə ilə üzləşəcək: valideynlər oğullarını qorumaq istəyərək onlara hücum edəcəklər.