AZ

Mirozyan Vaşinqtondan sonra Moskvaya gedəcək 

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiyaya səfər etməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə TASS-a Nazirliyin mətbuat katibi Ani Badalyan məlumat verib.

 

Onun sözlərinə görə, Mirzoyanın səfəri iki ay əvvəl planlaşdırılıb.

 

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında jurnalistlərə bildirib ki, Mirzoyanın səfəri yaxın gələcəkdə baş tuta bilər. 

 

Qeyd edək ki, Mirozyan hazırda ABŞ-də səfərdədir. O, Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenlə strateji saziş imzalayacaq.

Seçilən
2
1
modern.az

2Mənbələr