Mövsümün ikinci yarısı üçün hazırlıqlarını davam etdirən "Sumqayıt" FK bu gün təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununu keçirib.
"Kimyaçılar" MOİK-lə qarşılaşıb.
"Operativ Media" xəbər verir ki, saat 15:00-da "Kapital Bank Arena"da start götürən qarşılaşmada Vaqif Cavadovun yetirmələri 3:2 hesablı qələbə qazanıb.
"Sumqayıt"ın qollarını Giorgi Karaişvili, Kamran Quliyev və Rövlan Muradov rəqib qapısından keçirib.