Sosial şəbəkələrdə zərərli və uyğun olmayan paylaşımların artacağı ehtimal edilir.
Xezerxeber.az xəbər verir ki, "Meta" şirkəti sosial şəbəkələrdəki qadağaları yumşaldır... Platformanın həmtəsisçisi Mark Zukerberq "Facebook" hesabında paylaşdığı videoda "Facebook" və "Instagram"da paylaşım qaydalarının sadələşdiriləcəyini bildirib.
Bəs bu yumşalma hansısa fəsadlara yol aça bilərmi?
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının eksperti Bəhruz Əliyev deyir ki, gözlənilən dəyişiklik mənfi və qeyri-etik paylaşımların daha asan yayılmasına səbəb ola bilər.
Bəhruz Əliyevin fikrincə isə, bu dəyişiklik bir sıra istifadəçilərin isə işinə yaraya bilər.
Ekspert onu da qeyd edib ki, mövcud dəyişikliklərdən sonra istifadəçilərə aid məxfi informasiyaların yayılması ehtimalı da arta bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.