Estoniyanın İsamaa partiyası hibrid hücumların təşkil edildiyi iddiası ilə ölkənin Rusiya ilə sərhədlərinin bağlanmasını təklif edən qanun layihəsi təklif edib. Bu barədə Estoniyanın ERR telekanalı məlumat yayıb."İsamaa partiyasının lideri Urmas Reinsalu sərhədin bağlanması zərurətini onun sözlərinə görə, Rusiya tərəfindən Estoniya və müttəfiqlərinə qarşı təşkil edilmiş bir neçə hibrid hücumla əsaslandırıb", - məqalədə qeyd edilir.Siyasətçi əlavə edib ki, təhlükəsizlik xidmətləri və Estoniya hökuməti sərhədlərin bağlanması ilə bağlı yekun qərarı vermək səlahiyyətinə malikdir.Bundan əlavə, Reinsalu Rusiyanı Finlandiya körfəzində "Estlink 2" elektrik kabelini zədələməkdə ittiham edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta