“Baltic Sentry” patrul əməliyyatı 90 gün davam edəcək.
Sualtı infrastrukturun mühafizəsi üçün Baltik dənizində keçiriləcək “Baltic Sentry” patrul əməliyyatı 90 gün davam edəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk bildirib.
“Bu, 90 gün olacaq, lakin Baltik dənizində hərbi nəzarətin uzadılması və gücləndirilməsinin imkanları ilə”, - Tusk deyib.
Onun sözlərinə görə, hələlik hər bir iştirakçının əməliyyat üçün neçə ədəd texnika ayıracağına qərar verilməyib.
Tusk vurğulayıb ki, Polşa Hərbi Dəniz Qüvvələrinin dörd gəmisi Qdansk limanı və Svinoustye qaz limanı da daxil olmaqla mühüm infrastrukturu daim qoruyur.