AZ

“AZAL”ın təyyarələri səmada yenidən çətin anlar yaşadı VİDEO

"Azərbaycan Hava Yolları" aviaşirkətinin İstanbul-Bakı, Moskva-Bakı və Təl-Əviv-Bakı reysləri təyinat məntəqəsində hökm sürən dumanlı hava şəraiti səbəbindən ehtiyat hava limanına yönləndirilib.

Xezerxeber.az xəbər verir ki, Bakı hava limanında qatı duman səbəbindən uçuşları Gəncə Beynəlxalq Hava Limanına yönləndirilən sərnişinlərin daşınması üçün xüsusi reyslə ehtiyat uçuş heyəti göndərilib. AZAL-ın mətbuatla iş şöbəsinin rəhbəri Fərid Hüseynov "Xəzər xəbər"ə bildirib ki, Gəncə Beynəlxalq Hava Limanına yönləndirilən AZAL-ın üç reysi artıq Heydər Əliyev Beynəlxalq Aeroportuna çatıb.

Yeri gəlmişkən, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi ərazilərdə dumanlı hava şəraiti hələ 2 gün davam edəcək.

Dumanlı hava şəraiti ilə əlaqədar avtomobil sürücülərinin də ehtiyatlı və məsuliyyətli olmaları tövsiyə edilir",-deyə Gülşad Məmmədova vurğulayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
13
xezerxeber.az

1Mənbələr