"Əl Nəsr" klubu 39 yaşlı hücumçu Kriştiano Ronaldo ilə 2025-ci ilin yayında başa çatacaq müqaviləsinin uzadılması ilə bağlı qabaqcıl danışıqlar aparır.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O portuqaliyalı futbolçunun yeni əmək müqaviləsinə əsasən həftədə 3 milyon funt-sterlinqdən çox qazanacağı üstəlik o, komandanın nəticələrindən asılı olaraq bonus ödənişləri alacağını qeyd edib.
Ronaldonun özü də 2026-cı il dünya çempionatında oynamaq imkanı əldə etmək məqsədi ilə Səudiyyə Ərəbistanında qalmaq istəyir.
Bu mövsüm Ronaldo bütün turnirlərdə 20 oyun keçirib, 17 qol vurub və 3 məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 12 milyon avrodur.