AZ

İstanbulda son sutkada 38 nəfər saxta içkidən zəhərləndi:

İstanbulda son sutkada saxta spirtli içkidən zəhərlənən 38 nəfər xəstəxanaya yerləşdirilib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, həkimlərin müdaxilələrinə baxmayaraq, onlardan 11-i ölüb.

 

Xəstəxanaya yerləşdirilən şəxslərdən 26-sı əcnəbi olub.

 

Faktla bağlı araşdırma aparılır.

 

Yeri gəlmişkən, daha əvvəl İstanbul valiliyi 2024-cü ildə 110 nəfərin saxta spirtli içkidən zəhərləndiyini, onlardan 48-nin həyatını itirdiyini bildirmişdi.

Seçilən
7
4
senzor.az

5Mənbələr