AZ

Yanğında zərərçəkmişlərə birdəfəlik ödənişlər verilir

“Yanğınlardan zərərçəkmişlərə birdəfəlik 770 dollar məbləğində maddi yardım ödəniləcək”.   Manset.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Los-Anceles və ətraf ərazilərdə 1 həftədən çoxdur davam edən yanğınlardan danışarkən bildirib. Təxminən 6000 vətəndaşın bu yardımı almaq üçün qeydiyyatdan keçdiyini qeyd edən Bayden, əlavə edib ki, artıq 5,1 milyon dollar paylanılıb. Prezident əlavə edib ki, ştata əlavə federal yardımlar veriləcək. Ağ Evin məlumatında isə ABŞ liderinin fövqəladə səylər üçün Kaliforniya əyalətinə əlavə fəlakət yardımını təsdiqlədiyi qeyd olunub.

Yardıma birbaşa federal dəstək, həmçinin dağıntıların çıxarılması və fövqəladə halların aradan qaldırılması kimi fəaliyyətlər üçün federal maliyyə daxildir.

Seçilən
1
5
manset.az

6Mənbələr