AZ

"Aygünlə Röya yox, Hiss?" - "İlin mahnısı"na etiraz

"Aygünlə Röya yox, Hiss?" - "İlin mahnısı"na etirazMüğənni Səidə Sultan paylaşımı ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, sənətçi 106.3 FM radiosunun "İlin mahnısı" seçimini tənqid edib. Belə ki, radioda müğənni Hissin "Best" mahnısının ilin mahnısı olmasına Səidə etirazını bildirib:

"Dünən möhtəşəm xalq konsertində oldum. 106,3 FM "İlin mahnısı" mükafatını verdi. Sizcə, nə qədər doğrudur ki, il ərzində 1,8 mln baxışı olan mahnı "İlin mahnısı" adına layiq olsun? Əslinə qalsa, "İlin mahnısı" adına əsl layiq namizədləri sizə misal çəkim, qərarı siz verin: Elə biri "S.O.S". Tutaq ki, Aygün Kazımovaya mükafatı vermək istəmədiniz, o zaman Röyanın "Zülmətəm"i necə oldu?! Bunu da görməzdən gəldiniz. Roza Zərgərlinin "İstədim", mənim "Əydi qəddimi", Günay İbrahimlinin "Mən beləyəm" mahnılarını da görmədiniz?! Mənə çox maraqlıdır ki, hansı kriteriyalara görə seçirsiniz?! Əgər mahnının il ərzində dinlənmə sayına görə seçirsinizsə, "Çini çaydan" mahnısı seçdiyinizdən daha çox layiq idi".

Hiss isə mükafatını paylaşaraq "Xalqın gözü tərəzidir. Mənim işim danışır, sizin isə "bot"larınız. Mükafatımı alıb, öz işimə davam edirəm. Siz isə saxta gündəmlərinizlə vaxtınızı öldürün" sözlərini yazıb.

Qeyd edək ki, 106.3 FM "İlin mahnısı" mükafatını Hissin ifa etdiyi "Best" mahnısına verib.

Xalq artisti Aygün Kazımovanın "S.O.S" mahnısı yutubda 33 milyon, Röya Ayxanın "Zülmətəm"i 16 milyon izlənib.

Seçilən
9
sonxeber.az

1Mənbələr