AZ

Daha bir ölkə məktəblərdə telefon istifadəsini qadağan etdi

Braziliya prezidenti Luiz İnasiu Lula da Silva (Luiz Inácio Lula da Silva) Konqresdə qəbul edilən və ibtidai və orta məktəblərdə mobil telefon istifadəsini qadağan edən qanunu təsdiqləyib. 

Valyuta.Az xəbər verir ki, qanunun qüvvəyə minməsi ilə mobil telefon istifadəsi həm dərs zamanı, həm də tənəffüs vaxtlarında tamamilə qadağan ediləcək. 

Lula da Silva bu mövzu ilə bağlı açıqlamasında qanunun "mütləq" zəruri olduğunu və digər ölkələrdə də oxşar tətbiqlərin həyata keçirildiyini vurğulayıb. Prezident vəzifəsinə başladığı gündən etibarən təşkil edilən toplantılarda nazirləri və digər rəsmiləri telefon istifadəsindən çəkinməyə çağırdığını qeyd edən Silva, mobil telefonların diqqət dağınıqlığına səbəb olduğunu bildirib. 

Yeni tənzimləməyə əsasən, məktəblərdə mobil telefonlar yalnız pedaqoji məqsədlər üçün və müəllimlərin nəzarəti altında istifadə edilə biləcək. 

"Lokomotiva" İnstitutu və "QuestionPro" tərəfindən 2024-cü ilin oktyabr ayında keçirilən sorğuya görə, braziliyalı valideynlərin 82 f%-i məktəblərdə mobil telefon qadağasını dəstəkləyir. 

Uşaqların və gənclərin sağlamlığına və təhsilinə mənfi təsirləri nəzərə alınaraq, Konqresdə keçirilən səsvermənin nəticəsində ibtidai və orta məktəblərdə mobil telefon istifadəsinin qadağan olunmasına dair tənzimləmə 20 dekabr 2024-cü ildə qəbul edilib. 

Rəhim

Seçilən
3
valyuta.az

1Mənbələr