“Başakşəhər”in hücumçusu Kşiştof Piontek iş yerini dəyişə bilər.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, polşalı forvardın xidmətində MLS təmsilçisi “Atalanta Yunayted” maraqlıdır.
2023-cü ildən İstanbul klubunda top qovan Piontek hazırda 13 qolla Super Liqanın bombardirlər cədvəlinin lideridir.
Qeyd edək ki, hazırda 26 xalı olan "Başakşəhər" Super Liqanın turnir cədvəlində 26 xalla 7-ci yerdə mövqe tutub.