Demək olar ki, hər kəs üçün sevdiyindən ayrılmaq çətin prosesdir.
Oğlan sərt duruşu ilə bunu çox bəlli etməsə də, qız yaşadığı iztirabı göstərir.
Maraqlıdır, qadını incitmədən necə ayrılmaq olar?
Bu barədə Hit.az-a danışan sevgi üzrə mütəxəssis Xatirə Süleymanova deyib ki, bir münasibətdən ayrılmaq, xüsusən də qarşı tərəfi incitmədən bunu etmək çox çətindir:
“Lakin bəzi yanaşmalar var ki, onlar ayrılığın daha az zərərli olmasına kömək edə bilər. Ayrılma qərarınızı, həqiqətən hiss etdiklərinizə əsaslanaraq , dürüst şəkildə ifadə edin. Amma bunu qarşı tərəfi qınamadan, günahlandırmadan edin. Hər iki tərəf üçün də anlayışlı bir dil istifadə edin. Mümkün qədər münasibətinizin sonlanması mövzusunu üz-üzə və sakit bir mühitdə danışmağa çalışın. Həssas mövzuların mesajlaşma və ya telefon vasitəsilə həll edilməməsi yaxşıdır.
Əgər münasibət uzun müddətli və ya dərin emosional bağlar mövcuddursa, ayrılmanın nəticələri qarşı tərəf üçün çətin ola bilər. Buna görə də, tələsməyin və onun hisslərini nəzərə alaraq hərəkət edin. Əgər münasibət sonlanırsa, buna görə narahat olan tərəfə dostluq əlaqələrinin davam etməsini təklif edə bilərsiniz. Lakin bu, hər iki tərəf üçün uyğun olarsa və realist bir gözlənti ilə edilərsə daha yaxşı olar”.
Murad