AZ

Ermənistan ABŞ-la nüvə enerjisi sahəsində əməkdaşlığa başlayır: Moskvanın reaksiyası necə olacaq?

Ermənistan və ABŞ nüvə enerjisi sazişi üzrə danışıqlara başlayır.

Musavat.com xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtonda İrəvan və Vaşinqton arasında strateji tərəfdaşlıq haqqında sənədin imzalanması mərasimində deyib.

O, tərəflərin “Saziş 123” kimi tanınan nüvə əməkdaşlıq sazişi üzrə danışıqlara başladıqlarını deyib: “Bu, nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq üçün çərçivə təmin edəcək və nüvə enerjisinin dinc yolla inkişafına, təhlükəsizlik və nüvə silahlarının yayılmaması ilə bağlı ən yüksək standartlara sadiqliyimizi vurğulayacaq”.

Cənubi Qafqazdakı vəziyyətə toxunan Mirzoyan bildirib ki, “Ermənistan regionda sabit və davamlı sülhün əldə edilməsinə verdiyi töhfəyə görə ABŞ-a minnətdardır”.

Qeyd edək ki, Ermənistanda Rusiya texnologiyasına əsaslanan Metsamor AES fəaliyyət göstərir. Rusiya ölkədə ikinci AES tikintisini təklif etmişdi. Ermənistanın ABŞ-la imzaladığı saziş ölkənin bu sahədə Rusiya ilə əməkdaşlıqdan uzaqlaşmaq niyyətində olduğunu göstərir.

 

Musavat.com

Seçilən
3
musavat.com

1Mənbələr