AZ

Murat Dikmen: "Birinci pillədə olmağa layiq komandayıq"

"Önəmli olan ilk yarını yox, mövsümü lider bitirməkdir".

İdman.biz xəbər verir ki, bunu "Naxçıvan" basketbol klunun baş məşqçisi Murat Dikmen klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Liqasının IX turunun təxirə salınmış oyunda "Abşeron" üzərində qazanılan 102:82 hesablı qələbəni şərh edib. "Hər şeydən əvvəl "Abşeron"u təbrik edirəm. Həqiqətən yaxşı mübarizə apardılar. Onların bu mövsüm missiyası gəncləri yetişdirmək, həm də çempionatda yaxşı oyun sərgiləməkdir. Bunu da bacarırlar. Rəqib komandanın baş məşqçisi Erhan Tokeri və kollektivini təbrik edirəm. Bu gün turnir cədvəlində lider mövqeyindəyik. Birinci pillədə olmağa layiq komandayıq. İlk yarıda həqiqətən yaxşı oynadıq. Amma sevincimizi bu gün yaşayacağıq, sabahdan etibarən isə növbəti həftə oynayacağımız "Neftçi" ilə matça hazırlaşacağıq. Birinci pillədə olmağa layiq komandayıq. İkinci yarıda kubok və pley-off görüşləri də var".

Qeyd edək ki, "Naxçıvan" mövsümdə keçirdiyi 10 oyundan 8-də qələbə qazanıb.

İdman.biz

Seçilən
6
5
idman.biz

7Mənbələr