Mövsümün ikinci yarısı üçün hazırlıqlarını davam etdirən “Sumqayıt” bu gün təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, “Kimyaçılar” MOİK-lə qarşılaşıb. Saat 15.00-da “Kapital Bank Arena”da start götürən qarşılaşmada Vaqif Cavadovun yetirmələri 3:2 hesablı qələbə qazanıb. Komandanın qollarını Giorgi Karaişvili, Kamran Quliyev və Rövlan Muradov rəqib qapısından keçirib.
İlk yoldaşlıq matçında “Araz-Naxçıvan”la qarşılaşan “Sumqayıt 2:2 hesablı bərabərə qalmışdı.
Mövsümün ilk yarısından sonra aktivində 20 xalı olan “Sumqayıt” turnir cədvəlinin 6-cı pilləsində yer alıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta