AZ

Qərbi Azərbaycan Xronikası: Alaçıq qaya erməni mənbələrində niyə “Alaçıx” göstərilir?

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “Alaçıq qaya erməni mənbələrində niyə “Alaçıx” göstərilir?” adlı süjet hazırlanıb...

Poliqon xəbər verir ki, bugünkü süjetdə ermənilərin “addəyişmə terroruna” məruz qalan Alatala, Alaçıq daş, Alaçıq qaya, Alacan, Albalaxaç toponimləri haqqında söz açılır.

Bildirilir ki, Qərbi Azərbaycanın bütün tarixi yer adlarını müxtəlif üsullarla unutdurmaq üçün ermənilər bir əsrdən çoxdur düşünülmüş şəkildə gizli planlar hazırlayıb həyata keçiriblər.

Süjetdə vurğulanır ki, bu toponimlər də tarixin qatlarında gizlənən həqiqətləri üzə çıxaran sübutlardır: “Bu tarixi adlar Qərbi Azərbaycanda silinməyən türk möhürü olmaqla yanaşı, keçmiş, indi və gələcək arasında mədəniyyət yaradan bağlardır. Ona görə də əminik ki, tarixi ədalət gec-tez öz yerini tutacaq, ermənilərin uydurduğu qondarma yer adları əvvəlki adına qovuşacaq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında yanvarın 14-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

Poliqon.info

Seçilən
3
3
poliqon.info

4Mənbələr