AZ

ABŞ sanksiyaları 65 Rusiya tankerinə lövbər saldırıb...

...Reuters agentliyi MarineTraffic və LSEG-in izləmə məlumatlarına istinadən xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin yanvarın 10-da elan etdiyi sanksiyalardan sonra dünya üzrə Rusiya neftini daşıyan çoxlu tanker lövbərdə oturmağa məcbur olub.

SİA rus saytlarına istinadən xəbər verir ki, mənbələrin məlumatına görə, tanker donanmasının təxminən 10 faizi yeni məhdudiyyətlərə məruz qalıb və nəticədə 65 gəmi dayanıb. Onlardan beşi Çin limanlarının yaxınlığında, yeddisi Sinqapur ərazisində yerləşir. Qalan tankerlər Baltik dənizi və Uzaq Şərqdə Rusiya sahillərində qeydə alınıb. Bundan əlavə, İran sularında və Süveyş kanalı yaxınlığında əvvəllər sanksiyaya məruz qalmış 25 gəmi də aşkarlanıb.

...Kpler araşdırma firmasının bildirdiyinə görə, Hindistan və Çinə qeyri-Rusiya məhsullarının ixracına artan tələbat sanksiyalara məruz qalmayan tankerlərə tələbatı artıracaq.

...İddialara görə, bəzi limanlar artıq yeni məhdudiyyətlərdən qabaq addımlar ataraq əlavə fəsadlar yaradıblar.

Məsələn, Çinin Shandong Port Group şirkəti ABŞ-ın sanksiyalarına məruz qalan tankerlərin öz limanlarına daxil olmasını qadağan edib.

Bu sanksiyaların təsiri tanker bazarı üçün müsbət olmalıdır, çünki ümumilikdə gəmilərin tədarükü azalır, lakin real potensial fayda digər ixracatçılar itirilmiş həcmləri ödədikdə gələcək.

Bunu Jefferies analitiki Omar Nokta bildirib.

Ekspertlər və treyderlər hesab edirlər ki, ABŞ-ın yeni tədbirləri Çin və Hindistanın Rusiya neftini almaq imkanlarına ciddi təsir göstərəcək.

...Kpler qeyd edib ki, Rusiya neftinin daşınması üçün mövcud olan tankerlərin sayının azalması fonunda bu ölkələrin neft emalı zavodları təcili olaraq Yaxın Şərq, Afrika və ABŞ-dan neft idxalını artırmalıdır.

Əli Babayev

Seçilən
2
sia.az

1Mənbələr