AZ

Rusiya, Azərbaycan və İran arasında üçtərəfli görüş keçiriləcək

Rusiya, Azərbaycan və İran arasında yanvarın 28-də nəqliyyat sahəsi üzrə üçtərəfli görüş keçiriləcək...

Poliqon xəbər verir ki, bu barədə İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq və Rusiyanın nəqliyyat naziri Roman Starovoyt arasında baş tutan danışıqlarda məlumat verilib.

"Videobağlantı şəklində keçirilən görüşdə tərəflər birgə əməkdaşlığa dair anlaşma memorandumunun hazırlanması və 2025-ci il üçün yol xəritəsinin hazırlanması, Rəşt-Astara dəmir yolunun tikintisi, yanvarın 28-də İran-Rusiya-Azərbaycan üçtərəfli görüşünün keçirilməsi, o cümlədən Xəzər dənizinin şərq hissəsinin buraxılış gücündən maksimum istifadə edilməsi kimi bir sıra məsələləri müzakirə ediblər", - agentlik qeyd edib

İranlı nazir Əmirabad və Xəzər limanlarının dəmir yolu şəbəkəsinə qoşulmasını və Şimal-Cənub dəhlizinin kommersiyalaşdırılması üçün tədbirlərin görülməsini nəzərə alaraq Xəzər dənizindən maksimum istifadənin zəruriliyini vurğulayıb. (APA)

Poliqon.info

Seçilən
2
7
poliqon.info

8Mənbələr