14 yanvar 2025-ci il tarixində Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov federasiyanın məşqçiləri ilə görüş keçirib.
Futbolpress.az xəbər verir ki, görüşdə federasiyanın baş katibi Məhərrəm Sultanzadə, İcraiyyə Komitəsinin üzvü Şəlalə Yaqubova və Gənclər və İdman Nazirliyinin sektor müdiri Sevda Mirzəyeva da iştirak ediblər. Görüş ərzində məşqçilərin təklifləri dinlənilib və müzakirə edilib.