AZ

Ağ Ev: Tramp Kiyevlə təhlükəsizlik sazişinin taleyini həll etməli olacaq

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp vəzifəsini tərk edən dövlət başçısı Co Baydenin sənədinə baxmayaraq, Ukrayna ilə təhlükəsizlik sazişinin taleyini həll etməli olacaq.

APA xəbər verir ki, bunu Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Tramp və komandası Ukraynanı necə və nə dərəcədə dəstəkləmək istədiklərini müəyyən etməli olacaqlar. Prezident Bayden bu ikitərəfli təhlükəsizlik razılaşmasının vacib olduğunu açıq şəkildə bildirmişdi”, - Kirbi qeyd edib.

Seçilən
3
1
apa.az

2Mənbələr