Ermənistanın delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyasının tərkibində dəyişiklik edilib.
Paralel.az xəbər verir ki, bu haqda Baş nazir Nikol Paşinyan qərar imzalayıb.
Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat idarəsinin rəis müavini polkovnik S.Qriqoryanın yerinə həmin idarənin birinci müavini general-mayor Aleksandr Tsakanyan təyin edilib.
Bundan əlavə, ərazi idarəetmə və infrastruktur nazirinin müavini Ovannes Arutyunyan başqa bir nazir müavini – Armen Simonyanla əvəzlənib.
Xatırladaq ki, Paşinyan daha əvvəl “Armenpress”ə müsahibəsində komissiyalarının növbəti iclasının yanvarda keçiriləcəyini bildirib.
Son iclas isə 2024-cü il noyabrın 1-də baş tutub.(Qafqazinfo)