Vaşinqton, 15 yanvar, AZƏRTAC
Bayden administrasiyası Kubanı terrorizmi maliyyələşdirən dövlətlər siyahısından çıxaracağını açıqlayıb.
AZƏRTAC-ın məlumatına görə, Bayden Konqresə bu niyyəti barədə məlumat verəcək. Bildirilir ki, Kuba ilə bağlı qiymətləndirmə aparılıb və bu ölkənin terrorizmi dəstəklədiyini təsdiqləyən heç bir məlumat aşkar edilməyib.
Qeyd edək ki, keçmiş dövlət katibi Mayk Pompeo 2021-ci ilin yanvarında, vəzifəsindən getməzdən bir neçə gün əvvəl Kubanı terrorizmi maliyyələşdirən dövlətlər siyahısına daxil etmişdi. Kuba ilə yanaşı, siyahıda Şimali Koreya, İran və Suriyanın da adı var.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton