AZ

“Mövsümün ikinci hissəsi daha çətin olacaq” - “Qəbələ”nin kapitanı 

style='margin-bottom:10px;'>

“Hər şey yaxşıdır, hər şey qaydasındadır. Əsas odur ki, zədəli oyunçularımız yoxdur. Hava şəraiti də istədiyimiz kimidir. Hələlik hər şey plana uyğun gedir. Qarşıda 3 yoxlama görüşümüz var. Həmin matçlardan sonra isə bizi mövsümün ikinci hissəsi gözləyir”.

QOL.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin kapitanı Asif Məmmədov klubun mətbuat xidmətinə açıqlamasında deyib.  

O, növbəti mövsüm yenidən Premyer Liqada oynamaq istədiklərini bildirib: “Mövsümün birinci hissəsindən sonra hələ ki, istədiyimiz yerdəyik. Amma mövsümün qalan hissəsi daha çətin olacaq. Yaxşı hazırlaşıb növbəti mövsüm yenidən Premyer Liqada oynamaq istəyirik”. 

Təcrübəli yarımmüdafiəçi komandada ab-havanın yaxşı olduğunu vurğulayıb: “İstirahətimiz çox olmadı. 2 həftə dincəldik. Məşqləri bərpa etdikdən sonra ilk 3-5 gün çətinlik olur. Sonradan hər şey öz qaydasına düşür. Komandada ab-hava yaxşıdır. Yüksək əhval-ruhiyyədə qarşıdakı oyunlara hazırlaşırıq”. 

Seçilən
13
teleqraf.com

1Mənbələr