Bakı. Trend:
Türkiyənin məşhur futbol mütəxəssisi Emre Belözoğlu yenidənməşqçilik fəaliyyətinə başlayıb.
Trend-inməlumatına görə, 44 yaşlı mütəxəssis "Antalyaspor" klubunun yenibaş məşqçisi təyin olunub.
Belözoğlu, bir gün əvvəl istefaya göndərilən Aleks de Souzanıəvəz edəcək. Klub rəhbərliyi ilə onun arasında 2026-cı ilin yayınaqədər etibarlı müqavilə imzalanıb.
Qeyd edək ki, Emre Belözoğlu bundan əvvəl "Fənərbaxça","Başakşəhər" və "Ankaragücü" kimi klublarda çalışıb və təcrübəsiilə diqqət mərkəzində olub.