AZ

Tramp Rusiyaya qarşı sanksiyalardan xəbərdar olub

Ağ Ev: Trampın komandası Rusiyanın enerji sektoruna qarşı sanksiyalardan xəbərdar olub...

Poliqon xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi məlumat verib. Kirbi deyib ki, səlahiyyət müddəti başa çatan administrasiya yeni seçilmiş prezident Donald Trampın komandasına Rusiyanın enerji sektoruna qarşı sanksiyalar tətbiq etmək planları barədə məlumat verib.

“Bu, Rusiyanın enerji sektoruna qarşı sanksiyalarla bağlı qərara da aiddir. Onlar bizim nə etdiyimiz və bunu niyə etdiyimiz barədə tam məlumatlı idilər”, deyə Kirbi bildirib.

Ağ Ev rəsmisinin sözlərinə görə, prezident seçkilərinin nəticələri açıqlanandan bəri Ağ Ev Donald Trampın keçid komandasına məlumat vermədən milli təhlükəsizlik məsələləri ilə bağlı heç bir qərar qəbul etməyib. Con Kirbi respublikaçıların reaksiyasını şərh etməkdən imtina edib.

Qeyd edək ki, yanvarın 10-da ABŞ Rusiyanın yanacaq-energetika sektoruna qarşı sanksiyalar tətbiq edib. Sanksiyalar xüsusilə “Qazprom Neft” və “Surqutneftegaz”, onlarla neft-mədən xidmətləri şirkəti və Rusiya ilə neft ticarəti edən treyderlərə təsir edib. Həmçinin, 183 tanker məhdudiyyətlərə məruz qalıb, bir sıra gəmilərin idxalçı ölkələrin limanlarında boşalma problemi yaranıb.

Poliqon.info

Seçilən
8
poliqon.info

1Mənbələr