Hindistan 2024-cü ildə Rusiyadan tərəvəz idxalını 20 dəfə artırıb...
Poliqon xəbər verir ki, bu barədə “RİA Novosti” A gentliyi məlumat yayıb.
Nəşr yazır ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Hindistan Rusiyadan 435,4 milyon dollar dəyərində tərəvəz və kök bitkiləri alıb. Təkcə 2024-cü ilin oktyabr ayında Rusiyadan tərəvəz idxalı 17,1 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 4,9 dəfə çoxdur.
Bu ay Rusiyada Hindistan alışlarının əsas hissəsi noxud və mərciməkdən ibarət olub. Bu tərəvəzlər Hindistanın Rusiyadan idxal etdiyi tərəvəz və kök bitkilərinin demək olar ki, 100%-ni təşkil edib.
Əvvəllər bildirilirdi ki, Hindistanla ticarətin 90%-i milli və alternativ valyutalarda aparılır. Artıq iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 60 milyard dollara yaxınlaşıb və onun genişləndirilməsi potensialı hələ tükənməyib.
Poliqon.info