AZ

Alimlər yerin altında nəhəng göl tapdılar

ABŞ-ın Oreqon Universitetinin alimləri Kaskad silsiləsinin mərkəzi hissəsində azı 81 kub kilometr həcmi olan yeraltı su horizontu aşkar ediblər. Bu suyun həcmi Kolorado çayının əsas su anbarı olan Mid gölünün maksimum tutumundan üç dəfə çoxdur.

"Ölkə.az" xəbər verir ki, araşdırmanın nəticələri Proceedings of the National Academy of Sciences jurnalında dərc edilib.

Yeraltı su horizontu suyu saxlayan və keçirən dağ süxurlarından və ya çöküntülərdən ibarət təbəqədir. Bu təbəqələr məsamələr və ya çatlar vasitəsilə suyun hərəkətini təmin edir. Bu cür horizontlar müxtəlif miqdarda su ilə dolu ola bilər və onlar, əsasən, içməli su təminatı, suvarma və digər ehtiyaclar üçün istifadə edilən yeraltı suyun mənbəyidir.

“Bu, dağlarda gizlənmiş nəhəng su qülləsi kimidir” – deyə tədqiqatın rəhbəri və geoloq Leif Karlstrom bildirib.

Oreqon əhalisinin əksəriyyəti içməli suyu məhz Kaskad silsiləsindən başlayan çaylardan əldə edir.

Yeni tədqiqat göstərib ki, Oreqondakı horizont milyon illər əvvəl məsaməli vulkanik süxurların fəaliyyəti nəticəsində formalaşıb.(bakupost.az)

Seçilən
1
4
olke.az

5Mənbələr