AZ

Mask onu məhkəməyə verən agentliyi “sınmış təşkilat” adlandırdı

Amerikalı milyarder Elon Musk onu məhkəməyə verən ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasını (SEC) “sınmış təşkilat” adlandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə sahibkar X sosial şəbəkəsindəki səhifəsində yazıb.

Komissiyanın fəaliyyəti haqqında sərt danışan sosial şəbəkə istifadəçisinin sözlərinə münasibət bildirən Mask agentliyi “tamamilə dağılmış təşkilat” adlandırıb. Sahibkar vurğulayıb ki, SEC boş şeylərə vaxt itirir, xeyli sayda real cinayət isə cəzasız qalır.

Yanvarın 15-də ABŞ-ın Qiymətli Kağızlar və Birjalar Komissiyasının Maskı qanunu pozmaqda günahlandırdığı və Vaşinqtonda federal məhkəmədə ona qarşı iddia qaldırdığı bildirilmişdi.

Departament hesab edir ki, Mask qəsdən Twitter sosial şəbəkəsinin səhmdarlarına şirkətin qiymətli kağızlarının böyük blokunu almaq niyyəti barədə məlumat verməyib ki, bu da ona endirimli qiymətə səhmlər almağa imkan verib. Maskın hərəkətləri nəticəsində səhmdarlara 150 milyon dollar ziyan dəyib.

Bir müddət əvvəl amerikalı jurnalist İlon Maskın vaxtaşırı “cin rejiminə” keçdiyini bildirmişdi.


Müəllif: Teleqraf.com
Seçilən
7
teleqraf.com

1Mənbələr