Mərkəz hücumçusu axtarışlarını davam etdirən "Qarabağ" klubu fransalı futbolçuya elçi düşüb.
"Köhlən atlar" Varşava "Legiya"sının fransalı hücumçusu Miqel Alfarelanı transfer etmək istəyirlər.
Polşa təmsilçisinin 27 yaşlı futbolçusu üçün Fransada çıxış edən, amma adı açıqlanmayan klubun da təklif göndərdiyi bildirilib.
Alfarela ötən yay bir milyon avroya Fransanın "Bastiya" klubundan "Legiya"ya keçib. Onun paytaxt təmsilçisi ilə müqaviləsi 2027-ci ilə qədərdir. "Transfermarkt" portalında hücumçunun transfer dəyəri 600 min avrodur.
Mənbə: oxu.az