AZ

Qaxariya Batumidə hücuma məruz qaldı

Gürcüstanın sabiq baş naziri Georgi Qaxariyaya hücum olub.

E-huquq.az xəbər verir ki, bu barədə ölkənin 1TV telekanalı məlumat yayıb.

Sabiq hökumət başçısına hücum edildiyini rəhbərlik etdiyi “Qaxariya – Gürcüstan naminə” partiyasının mətbuat xidməti təsdiqləyib.

Qaxariya klinikaya yerləşdirilib. Onun burnu qırılıb.

Qeyd edək ki, Qaxariya 2019-cu ildən 2021-ci ilədək Gürcüstanın Baş naziri olub.
Seçilən
6
e-huquq.az

1Mənbələr