Bakı, TurkicWorld
ABŞ-da demokrat senator Piter Uelç başda olmaqla bir qrup senator və konqresmen dövlət katibi Antoni Blinkenə məktub göndəriblər.
TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, Uelç 10-a yaxın məmurun imzaladığı məktubu sosial media hesabında paylaşıb.
Məktubda “Ayşenurun, yanında olan gəncin və ya başqa birinin onu və ya başqasını güllələyən əsgərə təhlükə yaratması ilə bağlı hər hansı sübutdan xəbərimiz yoxdur.”-bəyanatda deyilib.
Məktubda İsrail ordusunun hadisə ilə bağlı araşdırma apardığı xatırladılıb və İsrail ordusunun paylaşdığı ilkin istintaq hesabatındakı məlumatların şahidlər, video və fotoşəkillərdəki dəlillərlə üst-üstə düşmədiyi diqqətə çatdırılıb.
Məktubda ABŞ Dövlət Departamentinin Eyginin təhdid yaratdığını sübut edəcək dəlillərin olub-olmaması və Eygi vuran əsgərin hansı bölməyə təyin edildiyi kimi suallara cavab istənilib.
Məktubda həmçinin ABŞ Dövlət Departamentinin Ədliyyə Nazirliyindən Eygi ilə bağlı insidentin araşdırılmasını tələb edib-etməməsi də soruşulub və bu məsələyə aydınlıq gətirilməsini istəyib.
Qeyd edək ki, İşğal altındakı İordan çayının qərb sahilində dinc nümayiş zamanı fələstinlilərə dəstək nümayişinə qatılan və ABŞ vətəndaşı olan Ayşenur Ezgi Eygi başından güllə yarası alaraq , Fələstin xəstəxanasına aparılamış , sentyabrın 6-da isə dünyasını dəyişmişdi. Onun cənazəsi sentyabrın 14-də Türkiyənin Aydın vilayətinin Didim rayonunda dəfn edilib.
Eygi, Fələstin torpaqlarının İsrail tərəfindən işğalına qarşı mübarizə aparan və həmçinin dinc üsullarla fələstinlilərə dəstək göstərən Beynəlxalq Həmrəylik Hərəkatının fəalı və hüquq müdafiəçisi idi.