AZ

Məcburi köçkünlər üçün növbəti maarifləndirmə tədbiri keçirilib

Bakı. Trend:

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə DövlətKomitəsində keçmiş məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlımaarifləndirmə və məlumatlandırma tədbirləri davam etdirilir.

Trend xəbərverir ki, bununla bağlı Dövlət Komitəsində Xocalı rayonunun Ballıcakəndinə köçürüləcək vətəndaşlarla görüş keçirilib.

Tədbirdə məcburi köçkünlərin sosial müdafiəsi məsələləri vəvahid aylıq müavinətin daimi yaşayış yerinə geri qayıtmış şəxslərinüç il müddəti başa çatdıqdan sonra dayandırılacağı haqqındahazırlanmış videoçarx məcburi köçkünlərə təqdim edilib.

Xatırladaq ki, Böyük Qayıdışa dair I Dövlət ProqramınınTədbirlər Planına uyğun olaraq, Dövlət Komitəsinin aidiyyəti şöbə,yerli nümayəndəlikləri və Mənzil-Kommunal İstismar Sahələritərəfindən məcburi köçkünlərlə mütəmadi olaraq qanunvericiliyintələbləri barədə maarifləndirici görüşlər keçirilir, sosial müdafiətədbirlərinə dair məlumat kitabçaları və broşürlər hazırlanaraqməcburi köçkünlərə təqdim olunur, videoçarxlar çəkilir.

Seçilən
9
21
az.trend.az

10Mənbələr