Türkiyənin İstanbul şəhərində saxta spirtli içkidən kütləvi zəhərlənmə baş verib.
Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumata görə, bir gündə 11 nəfər saxta spirtli içkinin qurbanı olub.
Bildirilib ki, 26-sı xarici ölkə vətəndaşı olmaqla ümumilikdə 38 nəfər saxta spirtli içki qəbul etdikdən sonra şəhərin müxtəlif xəstəxanalarına şikayətlə müraciət edib.
Belə ki, 24 saat ərzində xəstəxanaya yerləşdirilən 38 nəfərdən 11-i dünyasını dəyişib.
Özbəkistanın İstanbuldakı Baş Konsulluğundan verilən məlumata görə, respublikanın 5 vətəndaşı spirtli içkidən dünyasını dəyişib.