AZ

Tramvay xətləri tıxaca səbəb olmadan necə çəkilməlidir? – EKSPERT AÇIQLADI

Ötən günlərdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Bakıda tramvay xətlərinin çəkilməsi ilə bağlı açıqlama verib. “Bizim metro və ya dəmir yolu imkanımızın olmadığı yerlərdə, məsələn, Mehdiabad istiqamətindən Azadlıq prospekti boyu, Binəqədidən keçməklə “28 May” istiqamətində tramvay xəttinin çəkilməsi effekt verə bilər. İkinci belə istiqamətlərdən biri, son dövrlərdə əsas cazibə mərkəzlərindən birinə çevrilən “Seebreze” zonasıdır.

Bəs tramvay yolları da avtobus zolaqları kimi yolu daraldaraq ediləcək? Çünki belə olan halda tıxaclar daha da artacaq.Tramvay yollarının yoldan kənarda, alternayov olaraq çəkilməsi mümkündürmü? Təklifləriniz nələrdir?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, tramvay xətti əlbəttə ki, mövcud yolların hesabına yaradılacaq. Ancaq, yaxşı olardı ki, yeni yollar salınsın və tramvay xətləri də orada yaradılsın.

Ekspertin sözlərinə görə, Ancaq Bakıda faktiki olaraq bilirik ki, bu mümkün deyil. Çünki Bakının yol infrastrukturu buna imkan vermir.

“Nəticə etibarı ilə biz bunu qəbul etməliyik. Mövcud yol şəbəkəsinin hesabına tramvay xətləri salınacaq. Bu Bakının bütün küçə və prospektlərində olmayacaq. Bəzi küçələr açıqlanıb. Bu qəti bir qərar deyil. Gələcəkdə başqa marşrutlar da sınaqdan keçirilir. Zamanla tam aydın olacaq ki, hansı küçə, hansı yol, nə vaxt, harada, hansı şərtlər daxilində tramvay yoluna çevrilə bilər. Mövcud yolların sağında, solunda, hətta orta hissəsində tramvay xətləri yaradıla bilər. Bu təcrübədə var. Təəssüf ki, müəyən çətinliklərimiz də yaranacaq. Ancaq burada hədəf odur ki, ictimai nəqliyyatın çeşidli növləri olsun. Bu növlər insanları ictimai nəqliyyata yönəltsin ki, onlar şəxsi avtomobillərə yox, ictimai nəqliyyata üstünlük verib tıxacla mübarizəyə dəstək olsunlar”.

Dəniz

Seçilən
1
tribunainfo.az

1Mənbələr