"Qarabağ"dan "Flamenqo"ya transfer olunan Olavio Juninyo Braziliya klubunda  tibbi müayinədən keçib.

Bu barədə "Globo" nəşri məlumat yayıb.

28 yaşlı hücumçunun ilk üç rəsmi oyunda iştirak etməyəcəyi də bildirilib. Komandanın ABŞ-dakı təlim-məşq toplanışına qatılmayan Juninyo "Flamenqo" Braziliyaya qayıtdıqdan sonra kollektivə qoşulacaq.

Juninyonun "Carioca - Taca Guanabara" turnirində "Madureira", "Nova İquacu" və "Banqu" ilə matçlarda iştirak etməyəcəyi, yanvarın 25-də isə "Volta Redonda" ilə görüşdə debüt edəcəyi bildirilib.

Qeyd edək ki, 2023-cü ildən "Qarabağ"da çıxış edən Juninyo bu müddətdə 80 oyun keçirib, 42 qol vurub və 4 məhsuldar ötürmə edib. "Flamenqo" onu 5 milyon avro qarşılığında transfer edib. /qol.az