AZ

Yoon Suk Yeol həbs edildi

Yoon Suk Yeol həbs edildi

Cənubi Koreya prezidenti vəzifəsindən uzaqlaşdırılan Yoon Suk Yeol həbs edilib."Yonhap"ın məlumatına görə, CIO rəsmiləri Yoon haqqında həbs qərarının icrası üçün ikinci dəfə hərəkətə keçiblər.Prezident iqamətgahına gedən məmurların qarşısı Prezidentin Təhlükəsizlik Xidmətinin qurduğu barrikadalarla kəsilib.Yoonu dəstəkləyən 6500-ə yaxın insan və hakim Xalq Gücü Partiyasının (PPP) millət vəkilləri də qərara etiraz etmək üçün iqamətgahın qarşısına toplaşıblar. Bundan əlavə, iqamətgahın ətrafında 3 minə yaxın polis əməkdaşı yerləşdirilib. Həbs qərarının yanvarın 21-dək qüvvədə olacağı bildirilir.Bildirilib ki, prezident iqamətgahını mühafizə edən hərbi hissə polis və CIO əməkdaşlarının gün ərzində iqamətgaha daxil olmasına icazə verib.Qeyd edək ki, Cənubi Koreyanın Qərb Dairə Məhkəməsi 2024-cü il dekabrın 31-də "iğtişaş" və "vəzifə səlahiyyətlərindən sui-istifadə" iddiaları ilə bağlı aparılan istintaqda prezident vəzifəsindən uzaqlaşdırılan Yoon Suk Yeol haqqında həbs qərarı çıxarıb, lakin bu qərar rəsmi iqamətgaha gedən polislə mühafizəçilər arasında çıxan qarşıdurma sonrasında icra edilə bilməyib.

Seçilən
0
1
afn.az

2Mənbələr