AZ

Blinken: "ABŞ Ermənistanının suverenliyini müdafiə etməyə çalışır"

Hurriyyet.az xəbər verir ki, ABŞ-ın dövlət katibi Entoni Blinken "Birləşmiş Ştatların Ermənistanın suverenliyinin müdafiəsini təmin etməyə çalışdığını" söyləyib.

Bəlli olduğu kimi, yanvarın 14-də, Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə ABŞ dövlət katibi Entoni Blinken strateji tərəfdaşlıq haqqında sənəd imzalayıblar.

İmzalama mərasimindən əvvəl Blinken Vaşinqtonun Ermənistan ərazisinin suverenliyinin müdafiəsini təmin etməyə çalışdığını bildirib: "Biz Ermənistan Respublikası ilə həm də təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlıq edirik, Ermənistan Respublikasının ərazisində onun suverenliyinin müdafiəsini gücləndirməyə çalışırıq".

Blinken gələn həftə ABŞ-ın sərhəd təhlükəsizliyi üzrə xüsusi qrupunun Ermənistana səfər edəcəyini də bildirib.

Hürr Tərcüman

 

Seçilən
1
hurriyyet.az

1Mənbələr