Gürcüstanın sabiq Baş naziri Giorgi Qaxariya hücuma məruz qalıb.
Modern.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Batumidə baş verib.
Hücum nəticəsində sabiq baş nazirin burnu sınıb.
"Şeraton" hoteldə fiziki zorakılığa məruz qalan Qaxariya klinikaya yerləşdirilib.
Qeyd edək ki, Qaxariya 2019-cu ildən 2021-ci ilədək Gürcüstanın baş naziri olub.