AZ

İşlədikləri mağazadan 148 televizor oğurladılar

Goranboyda mağazadan oğurluq edən şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya  verilən məlumata görə, məişət avadanlıqları mağazasından oğurluq edən həmin obyektdə işləyən 29 yaşlı Arif Quliyev və 57 yaşlı Nofəl Musayev saxlanılıblar.

Araşdırmalar zamanı onların anbardan ümumi dəyəri 48 615 manat olan 148 ədəd televizor və 9 ədəd paltaryuyan oğurlayaraq satdıqları məlum olub.

Faktlarla bağlı araşdırmlarar davam etdirilir.


Seçilən
1
9
qafqazinfo.az

10Mənbələr